18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
İsveç Gürcüstanla əməkdaşlığa son qoyur
Tarix: 29-10-2024 10:23 | Bölmə: Dünya
İsveç Gürcüstanla əməkdaşlığa son qoyur

İsveç Gürcüstanla dövlət orqanları səviyyəsində əməkdaşlığı dayandırır. Bu barədə “Swedenherald” nəşri məlumat yayıb.

Reyting.az
-ın xəbərinə görə, İsveçin əməkdaşlıq və xarici ticarət naziri Benjamin Dusa yazılı şərhində bildirib ki, Gürcüstanda baş verən hadisələr "çoxdan narahatlıq doğururdu". O, oktyabrın 26-da keçirilən parlament seçkilərində beynəlxalq müşahidəçilər tərəfindən qeyd edilən pozuntuların bu narahatlıqlara təkan verdiyini deyib.

Qeyd olunur ki, Rusiyayönlü hakim “Gürcü arzusu” partiyası mübahisəli parlament seçkilərində qalib gəlib, onun legitimliyi müxalifət və beynəlxalq müşahidəçilər tərəfindən şübhə altına alınır.

Nazirin sözlərinə görə, ölkənin vətəndaş cəmiyyətinin demokratik rolunu yerinə yetirməsinə mane olmaq cəhdləri, o cümlədən məhdudlaşdırıcı qanunvericilik vasitəsilə Aİ norma və dəyərlərinə ziddir. Buna görə də hökumət İsveç-Gürcüstan birbaşa əməkdaşlığını dayandırır.

Nazir əlavə edib ki, gələcəkdə Gürcüstanla əməkdaşlıq bərpa oluna bilər.

Onu da qeyd edək ki, İsveçin Gürcüstana yardımı ildə təxminən 200 milyon krondur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib