18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Sabah Aİ-yə üzvlüklə bağlı qiymətləndirmə olacaq
Tarix: 29-10-2024 11:45 | Bölmə: Dünya
Sabah Aİ-yə üzvlüklə bağlı qiymətləndirmə olacaq

Avropa Komissiyası sabah Avropa İttifaqına (Aİ) namizəd ölkələrin üzvlüklə bağlı əldə etdiyi irəliləyişləri qiymətləndirəcək.

Reyting.az
“Financial Times”-ə istinadla xəbər verir ki, hələlik heç bir mühüm qərarın qəbulu gözlənilmir.

Məlumata görə, komissiyanın hesabatında Ukrayna və Moldovada müəyyən irəliləyiş qeyd olunsa da, rəsmi olaraq Brüssel Aİ-yə üzvlük prosesinin sürətləndirilməsi ilə bağlı tövsiyələr verməyəcək.

Qeyd edək ki, Avropa Komissiyasının Gürcüstandakı mövcud vəziyyətlə bağlı hələlik konkret tövsiyələri yoxdur. Komissiya rəsmi Tiflisi seçkilər zamanı müşahidə olunan pozuntuları tez, şəffaf və müstəqil şəkildə araşdırmağa çağırıb.

ELÇİN





Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib