12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İki qonşu ölkə arasında gərginlik yaranıb
Tarix: 31-10-2024 08:37 | Bölmə: Dünya
İki qonşu ölkə arasında gərginlik yaranıb

Venesuela prezidenti Nikolas Maduronun göstərişinə əsasən, Braziliyadakı səfir Manuel Vadell dərhal məsləhətləşmələr üçün geri çağırılıb.

Reyting.az
xəbər verir ki, bunu Venesuela Xarici İşlər Nazirliyi bildirib.

Buna səbəb Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın müşaviri Selso Amorimin Venesuelanı hədəfə alan açıqlamaları olub. Amorim oktyabrın 29-da verdiyi açıqlamada Maduro hökumətini iyulun 28-də keçirilən prezident seçkilərində şəffaf olmamaqda ittiham edib.

Maduronun seçki qələbəsini indiki vəziyyətdə tanımayacaqlarını vurğulayan Amorim deyib ki, heç bir ölkənin daxili işlərinə qarışmır və problemlərin sülh yolu ilə həllini istəyirlər.

Qeyd edək ki, iyulun 28-də Venesuelada keçirilən prezident seçkilərində Maduro qalib gəldikdən sonra Braziliya nəticələrə “şübhə ilə” yanaşaraq seçki protokollarının açıqlanmasını tələb edib. Bu isə iki qonşu ölkə arasında diplomatik gərginliyə səbəb olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər