Ermənistanda revanşistlər saxlanılır
Tarix: 07-11-2024 12:08 | Bölmə: Dünya
Ermənistanda revanşistlər saxlanılır

Ermənistanın hüquq-mühafizə orqanları saxta “Müqəddəs mübarizə” tərəfdarlarını silah-sursat daşımaqda və saxlamaqda şübhəli bilərək həbs edir.

Reyting.az
Ermənistanda nəşr edilən “Hraparak” qəzetinə istinadla xəbər verir ki, əslində, hüquq-mühafizə orqanı əməkdaşları silah yox, siyasi plakatları yayan fəalları axtarıblar.

“İnsanları sadəcə, qorxutmaq məqsədi ilə həbs ediblər ki, onlar küçələrə çıxıb dövlət məmurlarının fotoşəkilləri olan plakatlar asmasınlar. Bu həbslərlə bağlı heç bir bir vətəndaşa qarşı ittiham irəli sürülməməsi, həbslə bağlı məhkəməyə vəsatət verilməməsi də bunu sübut edir”,- Ermənistan KİV-I yazır.

Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən saxta “Müqəddəs mübarizə” adlı qurum anti-Azərbaycan xarakterlidir və indiki erməni hakimiyyətinə qarşı radikal müxalifətdədir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər