12:44 / 14-11-2024
Sabah yağışlı hava olacaq
Ali Məhkəmə binasına intihar hücumu olub
Tarix: 14-11-2024 11:35 | Bölmə: Dünya
Ali Məhkəmə binasına intihar hücumu olub

Braziliya paytaxtında - Ali Məhkəmənin binası qarşısında iki partlayış baş verib. Partlayışlarda bir şəxsin cəsədi tapılıb, bunun intihar hücumu ola biləcəyi açıqlanıb.

Reyting.az
yerli mediaya istinadla bildirir ki, iki partlayış səsindən sonra Ali Məhkəmədə olanlar təhlükəsizlik məqsədilə təxliyə ediliblər.

Hələlik partlayışlar nəticəsində bir nəfərin öldüyü bildirilir.

Bölgəyə çoxlu polis və yanğınsöndürmə briqadası göndərilib.

Səlahiyyətlilər bir nəfərin Ali Məhkəmənin binasına girməyə cəhd etdiyini və daha sonra partlayış səslərinin eşidildiyini bildiriblər.

Partlayışın təsirindən ərazidə avtomobillərə ziyan dəyib.

Polisin açıqlamasında bildirilir ki, hadisə ilə bağlı araşdırma aparılır. Həyatını itirən şəxsin partlayışlarla əlaqəli olduğu və hadisənin intihar hücumu ola biləcəyi açıqlanıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
7-11-2024, 08:30 Beyrut yenə bombalanıb