Müdafiə naziri qiyamda ittiham olunur
Tarix: 05-12-2024 14:33 | Bölmə: Dünya
Müdafiə naziri qiyamda ittiham olunur

Cənubi Koreya Respublikasının prokurorluğu keçmiş müdafiə naziri Kim Yonq Hyunun ölkədən çıxışına qadağa qoyub. Buna səbəb qiyam ittihamıdır.

Reyting.az
xəbər verir ki, məlumatı “Hangöre” qəzeti yayıb.

Bir qrup müxalifətçi deputat eks-nazirə qarşı üsyan ittihamı ilə prokurorluğa müraciət edib. Kim Yonq Hyun dekabrın 5-də vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, ötən gün Cənubi Koreyada qəflətən fövqəladə vəziyyət elan olunub, polis və hərbçilər dövlət qurumlarını nəzarətə götürüb. Lakin sonradan parlamentin təkidi ilə vəziyyət öz axarına qayıdıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər