Qaz hasilatı platformalarına hücumlar başlayıb
Tarix: 19-12-2024 14:21 | Bölmə: Dünya
Qaz hasilatı platformalarına hücumlar başlayıb

“Dekabrın əvvəlində Ukrayna hərbçiləri Krım yaxınlığında, rusların müşahidə sistemləri quraşdırdıqları qaz hasilatı platformalarına hücum etmək üçün dəniz pilotsuz təyyarələrindən istifadə ediblər. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri bu obyektlərin məhv edilməsinə yönəlmiş əməliyyatları davam etdirmək niyyətindədir”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Aleksey Neyjpapa deyib.

Komandan bildirib ki, bu, bir günlük əməliyyat deyil: “Biz düşmənin dənizdə xəbərdar olmasına, mülki və ya hərbi gəmilərimizi izləməsinə icazə verə bilmərik. Biz hərbi-dəniz pilotsuz təyyarələrimizlə yanaşı, digər silah növləri ilə də prosesi izləyirik”.

Vitse-admiral əlavə edib ki, Rusiya ordusu platformalarda xüsusi təyinatlılar qoyub, lakin onlar maddi-texniki cəhətdən məhduddur, buna görə də onlara helikopterlərdən istifadə etməklə yalnız havadan dəstək var.

“Biz gələcəkdə belə qüllələr üzərində işləməyə davam edəcəyik”,- deyə Neyjpapa əlavən edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər