17:05 / 21-01-2025
Bakıda cərrah saxlanılıb
15:18 / 21-01-2025
Hərbçimiz vəfat edib
Ukrayna Rusiyanın mühüm obyektlərini vurub
Tarix: 21-01-2025 13:49 | Bölmə: Dünya
Ukrayna Rusiyanın mühüm obyektlərini vurub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı elan edir ki, ölkənin Müdafiə Qüvvələri Rusiyanın bir sıra mühüm obyektlərinə zərbələr endirib.

Reyting.az
xəbər verir ki, bir həftə ərzində ikinci dəfə Ukrayna dronları Voronej vilayətindəki Liskinskaya neft bazasını vura bilib.

Bildirilir ki, yanvarın 21-nə keçən gecə yeni hücum həyata keçirilib: “Ukrayna Müdafiə Qüvvələrinin digər hissələri ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən zərbə nəticəsində işğalçıların Rusiya qoşunlarına tədarük etdiyi yanacaq-sürtkü materialları olan çənlər yanır. Müəssisə Rusiyanın ən iri dövlət korporasiyalarından birinə məxsusdur”.

Bundan əlavə, Müdafiə Qüvvələri Smolensk vilayətindəki “Smolensk Aviasiya Zavodu” ASC-nin döyüş təyyarələrinin modernləşdirilərək istehsal olunduğu infrastrukturuna da zərbələr endirib. Partlayışlar təyyarə zavodunun ərazisində qeydə alınıb.

Eyni zamanda Rusiya Federasiyasının 29-cu birləşmiş silahlı ordusunun Donetsk vilayətində müvəqqəti işğal olunmuş Volnovaxada yerləşən komanda məntəqəsinə zərbə endirilib. Ərazidə partlayışlar və tüstülənmə barədə məlumat var.

ELÇİN




Bölməyə aid digər xəbərlər