NATO ölkələri müdafiə xərclərini sürətlə artırır - Baş katib
Tarix: 28-02-2025 09:28 | Bölmə: Dünya
NATO ölkələri müdafiə xərclərini sürətlə artırır

"NATO müttəfiqləri müdafiəyə daha çox sərmayə qoymaq üçün sürətlə hərəkətə keçir”.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampa bildirib.

Mark Rutte deyib ki, NATO-ya üzv ölkələr müdafiə xərclərini artırırlar.

Baş katib ABŞ prezidenti ilə telefon danışığından sonra sosial media hesabında yazıb ki, ABŞ və NATO güclənir.

M. Rutte əlavə edib ki, müttəfiqlər Ukrayna məsələsində yardım və təhlükəsizlik zəmanətlərinə milyardlarla əlavə töhfə verməyə hazırlaşırlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər