London və Paris sülhməramlı missiyaya hazırlaşır
Tarix: 08-04-2025 08:56 | Bölmə: Dünya
London və Paris sülhməramlı missiyaya hazırlaşır

Böyük Britaniya və Fransa sülhməramlı missiya üzərində baş sındırırlar.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Britaniya və Fransa Ukraynada sülhməramlı missiya üçün müxtəlif variantları nəzərdən keçirirlər.

Bu məlumatı hər iki ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrləri – admiral Entoni Radakin və general Tyeri Birkar təsdiqləyiblər.

“Biz iki ölkə arasında sülh şərtlərinin necə olacağını dəqiq bilməliyik. Amma hərbi qulluqçu olaraq bu şərtlərin müxtəlif versiyalarını nəzərə alaraq buna əvvəlcədən hazırlaşırıq”, - deyə general Birkar açıqlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər