Ukrayna çinli əsgərləri əsir götürüb
Tarix: 09-04-2025 14:32 | Bölmə: Dünya
Ukrayna çinli əsgərləri əsir götürüb

Rusiya tərəfində döyüşən Çin vətəndaşlarının Ukraynanın əsir götürməsi ilə bağlı xəbərə Pekindən cavab verilib.

Reyting.az
bildirir ki, Ukraynanın çinli əsirlərlə bağlı bəyanatına Çin Xarici İşlər Nazirliyi qısa reaksiya göstərib.

Çin Xarici İşlər Nazirliyi hazırda Ukrayna ilə bağlı “vəziyyəti yoxladığını” bildirib və vətəndaşlarını silahlı münaqişə zonalarından uzaq durmağa və silahlı münaqişələrdə iştirak etməməyə çağırıb.

Xatırladaq ki, aprelin 8-də Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətində ruslar tərəfində vuruşan iki çinli əsgərin əsir götürdüyünü açıqlayıb. O əlavə edib ki, onların Çin vətəndaşı olduğunu sübut edən sənədlər var.

Ağ ev isə bu məlumatı “narahatedici” adlandırıb və Rusiyanın Ukraynaya qarşı müharibəsində Çinin böyük rolunu qeyd edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər