Dəfn zamanı platforma çöküb, xəsarət alanlar var
Tarix: 09-04-2025 16:10 | Bölmə: Dünya
Dəfn zamanı platforma çöküb, xəsarət alanlar var

ABŞ-da keçirilən dəfn mərasimi kabusa çevrilib. Tabut daşıyanlar cəsədlə birlikdə məzara düşüblər. Ailə şikayət edərək qəzanın tam səhlənkarlıq ucbatından baş verdiyini bildirib.

Reyting.az
-ın məlumatına görə, Filadelfiya şəhərində dəfn olunacaq Benjamin Avilesin dəfn mərasimi zamanı tabut məzara endiriləndə daşıyıcıların dayandığı platforma qəfil çöküb. Nəticədə tabut onu daşıyanlarla birlikdə məzara yuvarlanıb.

Mərhum Avilesin oğlu tabutun altında qalıb və ağır yaralanıb.

Bildirilir ki, digər tabut daşıyanlar da ayaq, əl və kürək nahiyələrindən xəsarət alıblar.

Xəsarət alanların səhhətində ciddi problem yoxdur.

Hadisədən sonra Avilesin ögey qızı Maribel Rodriguez yerli mediaya açıqlamasında platformanın çürüdüyünü və yaş olduğunu, qəzanın isə səhlənkarlıq üzündən baş verdiyini bildirib: “Tabut oğlunun üstünə düşdü. O, üzü palçığa düşmüş halda huşunu itirib. Qəbiristanlıq və dəfn evi məsuliyyəti öz üzərinə götürməli, üzr istəməli və ziyanı ödəməlidir. Mərasim yarımçıq qaldı, heç nə lazımınca görülmədi”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər