Türkiyədə 237 şübhəli şəxs saxlanılıb - Foto
Tarix: 10-04-2025 10:31 | Bölmə: Dünya
Türkiyədə 237 şübhəli şəxs saxlanılıb

Türkiyə daxili işlər naziri Ali Yerlikaya 19-27 mart 2025-ci il tarixləri arasında 27 vilayətdə kibercinayətkarlıq və cinayətkarlara qarşı əməliyyatlarda 237 şübhəlinin tutulduğunu açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, nazir sosial media hesabında bildirib ki, əməliyyatda Təhlükəsizlik Baş İdarəsi və Jandarma Baş Komandanlığının Kiber Cinayətkarlıqla Mübarizə şöbələri, vilayət polis idarələri və əyalət jandarma komandanlıqları iştirak ediblər.

Qeyd edilib ki, şübhəlilərdən 118 nəfəri həbs olunub, 34 nəfəri barədə məhkəmə məzarəti qərarı qəbul edilib, digər şübhəlilərin işi isə baxılma mərhələsindədir.

Əməliyyatlar nəticəsində çoxlu sayda mobil telefon, kompüter və rəqəmsal materiallar ələ keçirilib.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər