16:07 / 31-05-2025
Saleh Səmədov həbs olunub
Raket zərbələrinin effektivliyi azala bilər
Tarix: 30-05-2025 09:27 | Bölmə: Dünya
Raket zərbələrinin effektivliyi azala bilər

“Müasir münaqişələr, o cümlədən Ukrayna münaqişəsi raket silahlarının dağıdıcı gücünü nümayiş etdirir”.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə tanınmış politoloq Dmitri Stefanoviç danışıb.

Ekspertin fikrincə, çoxlaylı raketdən müdafiə sistemi, o cümlədən “Qızıl qübbə” raket zərbələrinin effektivliyini azalda bilər.

D. Stefanoviç hesab edir ki, ABŞ prezidenti D. Trampın təklif etdiyi layihə Moskva ilə Vaşinqton arasında strateji sabitlik üzrə dialoqu çətinləşdirəcək. Bundan əvvəl D. Tramp “Qızıl qübbə” sisteminin buraxılış tarixini açıqlamışdı. O, yaxın üç il ərzində sistemi istifadəyə verəcəyini vəd edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər