Pakistanda məsciddə partlayış: 2 nəfər ölüb, 15 yaralı var
Tarix: 24-05-2019 14:37 | Bölmə: Dünya
Pakistanda məsciddə partlayış: 2 nəfər ölüb, 15 yaralı var

Pakistanın Baloçistan əyaləti mərkəzi Quetta şəhərinin Paştunabad qəsəbəsindəki Rəhmaniyə məscidində güclü partlayış nəticəsində imam da daxil olmaqla azı 2 nəfər ölüb, 15-dək insan yaralanıb.

GeoTV xəbər verir ki, Quetta Mülki Xəstəxanasına çatdırılan yaralananların 3-ü daha ağır vəziyyətdədir.

Məscid rəhbərliyi partlayışın günorta vaxtı 30-40 dindarın iştirak etdiyi cümə namazı zamanı baş verdiyini bildirib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, araşdırma aparılır.

AP xəbər verir ki, bölgədə fəaliyyət göstərən silahlı dəstələrdə heç biri hələlik bu hücumun məsuliyyətini üzərinə götürməyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}