Rusiya və Ermənistanın XİN başçıları Qarabağ münaqişəsini müzakirə edib
Tarix: 09-07-2019 16:04 | Bölmə: Dünya
Rusiya və Ermənistanın XİN başçıları Qarabağ münaqişəsini müzakirə edib

Rusiya və Ermənistanın xarici işlər nazirləri - Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

"RİA Novosti" xəbər verir ki, görüş Slovakiyanın Vısoke- Tatrı şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası çərçivəsində baş tutub.

"Görüşdə Mnatsakanyan və Lavrov Ermənistan-Rusiya müttəfiqlik gündəliyində olan məsələləri, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər", - Ermənistan XİN-in məlumatında deyilir.

Xarici işlər nazirləri həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesini nəzərdən keçiriblər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər