Merkellə Zelenski Ukraynadakı vəziyyəti müzakirə ediblər
Tarix: 29-08-2019 00:25 | Bölmə: Dünya
Merkellə Zelenski Ukraynadakı vəziyyəti müzakirə ediblər

Almaniya Federal Respublikasının kansleri Angela Merkel və Ukrayna prezidenti Vladimir Zelenski telefonla Normand formatının işini, həmçinin Donetskdə yaranmış vəziyyəti müzakirə ediblər.

Almaniya hökumətindən bildirilib ki, dövlət başçıları Minsk razılaşmalarının tam həcmdə reallaşdırılmasına ehtiyac olması barədə ortaq məxrəcə gəliblər.

Bundan başqa, Merkel Zelenskiyə G7 sammitində Ukraynada vəziyyət haqqında müzakirənin aparılması barədə danışıb.

Dövlət başçıları, həmçinin, Almaniya, Fransa, Rusiya və Ukraynanın iştirakı ilə Normand formatında sonrakı diplomatik səylər haqqında da müzakirə aparıblar/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}