General Həftər ABŞ səfiri ilə görüşdü
Tarix: 20-09-2019 14:12 | Bölmə: Dünya
General Həftər ABŞ səfiri ilə görüşdü

Beş ay davam edən Tripoliyə hücumdan sonra general Xəlifə Həftər ABŞ səfiri ilə Liviya münaqişəsinin siyasi həll yolunu müzakirə edib.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, Birləşmiş Ştatların səfirliyi özünün Facebook səhifəsində yayımladığı açıqlamada bildirib: "Səfir Nurland Həftərlə Əbu-Dabidə görüşüb. Onlar Liviyadakı mövcud vəziyyəti və Liviyadakı qarşıdurmanın sona çatması üçün siyasi bir həll tapma ehtimalını müzakirə ediblər".

Aprelin 4-dən bəri Həftərin “Liviya Milli Ordusu” ilə Feysəl əl-Sərajın rəhbərlik etdiyi Milli Birlik Hökuməti qüvvələri arasında şiddətli döyüşlər davam edir.

BƏƏ, Misir və Səudiyyə Ərəbistanının dəstəyinə baxmayaraq, Həftər Liviyanın paytaxtı Tripolini ələ keçirə bilmir.




Bölməyə aid digər xəbərlər
11-12-2024, 08:41 Dmitri Medvedev Pekindədir

bütün xəbərlər