20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Həsən Ruhaninin köməkçisindən şikayət: “Cəmiyyət qadının prezident seçilməsinə niyə müsbət baxmır?”
Tarix: 08-10-2019 12:07 | Bölmə: Dünya
Həsən Ruhaninin köməkçisindən şikayət: “Cəmiyyət qadının prezident seçilməsinə niyə müsbət baxmır?”

“İranda ictimai rəyin qadının prezident olmasına müsbət baxacağını gözləmirəm”.

Reyting.az
“Etemad” qəzertinə istinadla xəbər verir ki, bunu Həsən Ruhaninin köməkçisi, hüquqşünas, tanınmış qadın fəalı Şəhindoxt Moulaverdi bildirib. O, ABŞ və İran cəmiyyətlərində zərif cinsin dövlət başçılığı məsələsinə dair köşə yazısında iki ölkənin ictimai rəyindəki paralel rəyləri qabardıb.

Moulaverdi qeyd edib: “İran cəmiyyətində bir sıra təsirli hadisələr, ali rəhbərlikdəki qadınların təmsilçiliyi, geniş elmi və icra təcrübələri, habelə kişi idarəçiliyinin 40 ildə keçdiyi sınaqlar və buraxılan səhvləri nəzərə alaraq, ictimai rəyin qadınların prezidentliyinə müsbət baxacağını gözləmirəm.

Əlbəttə, bəziləri parlamentdə qadınların niyə cəsarətli olmadıqlarını da soruşa bilər. Cavab budur ki, parlament seçkiləri prezident seçkilərindən köklü şəkildə fərqlənir. Əslində, parlament seçkiləri bir qədər fərqli atmosferə sahibdir. Amma bir tərəfdən, bir çox ölkələrdə olduğu kimi, qadınların xeyrinə olan gender kvotaları yoxdur. Rəqabətli qadınlar seçki mühitində, həqiqətən, qeyri-bərabər mövqedədir və buna görə yarışda qalib gəlmək o qədər də asan deyil”.

Bununla belə, Şəhindoxt Moulaverdi bərabər imkanların yaradıldığı təqdirdə, İranda qadınların da ali vəzifələrə seçilə bilmək imkanının olduğunu vurğulayır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər