Nazir Əkrəm İmamoğlunu axmaq adlandırdı - Səbəb
Tarix: 04-11-2019 17:20 | Bölmə: Dünya
Nazir Əkrəm İmamoğlunu axmaq adlandırdı

"Avropa Parlamentinə gedib, Türkiyədən şikayət edən axmağa söyləyirəm. Bunun heyfini bu millət səndən çıxacaq”.

Reyting.az
“Euronews Türk”-ə istinadla xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu keçən həftə Strasburqda səfərdə olan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu haqqında deyib.

Nazir çıxışında İmamoğlunun Strasburq ziyarətini tənqid edib. Deyib ki, kimsə əlinə silah götürüb, körpələrimizi şəhid edəcək, uşaqların məktəbə getməsinin qarşısını alacaq, amma siz Avropa Birliyi Parlamentinə gedərək Türkiyədən şikayət edəcəksiniz. Təəssüflər olsun!




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər