Tramp: "Əgər Çinlə saziş imzalanmasa, ABŞ rüsumları daha da artıra bilər"
Tarix: 19-11-2019 22:00 | Bölmə: Dünya
Tramp: "Əgər Çinlə saziş imzalanmasa, ABŞ rüsumları daha da artıra bilər"

ABŞ prezidenti Donald Tramp güman edir ki, əgər Çinlə ticarət sazişinə nail olunmasa, Çin mallarına rüsumlar daha da artırıla bilər.

Bu barədə o, Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən bildirib.

Bununla yanaşı, ABŞ prezidenti Çinlə münasibətlərin yaxşı olduğunu bildirib.

"Mənim Çinlə münasibətlərim yaxşıdır. Baxaq, görək nə olacaq", - o deyib.

"Əgər biz sazişi bağlamasaq, mən rüsumları daha da artıracam", - Ağ Ev rəhbəri əlavə edib.

Tramp daha əvvəl qeyd edib ki, əgər nail olunsa, rəsmi Vaşinqton və Pekinin son ticarət sazişi üzrə danışıqlar çərçivəsində birinci mərhələnin tamamlanmasını qeyd edəcək razılaşma ABŞ-da imzalanacaq. ABŞ prezidenti ticarət sferasında mübahisələrin nizama salınması üzrə Amerika-Çin danışıqlarında irəliləyişin olduğunu bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər