Makron Tramla görüşdə: “NATO ilə bağlı dediklərimin arxasındayam”
Tarix: 03-12-2019 19:42 | Bölmə: Dünya
Makron Tramla görüşdə: “NATO ilə bağlı dediklərimin arxasındayam”

Londonda ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

CNN-nin verdiyi xəbərə görə, Fransa Prezidenti NATO barəsində işlətdiyi "ölmüş beyin” ifadəsinə münasibət bildirib.

"Dediklərimin arxasındayam. Mən güclü NATO-nun tərəfdarıyam”, - deyə E. Makron vurğulayıb.

ABŞ Prezidenti isə fransalı həmkarını tərifləyib.

"Makron böyük siyasətçidir”, - deyə D. Tramp qeyd edib.

O, E. Makronun ABŞ-ın NATO üçün daha çox maliyyə ayırmasını etiraf etməsinin sevindirici hal olduğunu söyləyib/APA.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}