Ruhani: "ABŞ İrana qarşı təzyiqdən əl çəkməyə məcburdur"
Tarix: 23-12-2019 17:51 | Bölmə: Dünya
Ruhani: "ABŞ İrana qarşı təzyiqdən əl çəkməyə məcburdur"

ABŞ İrana qarşı təzyiqdən əl çəkməyə məcburdur.

Bu barədə İran Prezidenti Həsən Ruhani Hindistan Xarici İşlər naziri ilə görüşdə bildirib.

“Əminliklə deyə bilərik ki, bu şərait müvəqqətidir. ABŞ gec və ya tez təzyiqlərdən əl çəkməlidir”, - deyə İran Prezidenti qeyd edib.

Ruhani vurğulayıb ki, İran bölgədə, xüsusi ilə Fars körfəzi və Oman dənizi regionunda davamlı sabitliyin təmin edilməsinə və gərginliyin azaldılmasına çalışır/APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər