​​​​​​​İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb
Tarix: 23-02-2020 12:57 | Bölmə: Dünya
​​​​​​​İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb

​​​​​​​İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. 

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur bildirib ki, koronavirusa 28 yoluxma hadisəsi qeydə alınıb. Ölkənin daha 5 vətəndaşı virusun qurbanı olub.

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb.

Daha əvvəl bildirilirdi ki, yoluxucu virusdan ölənlərin sayı 6 nəfərdir. 

2019-nCoV koronavirusu ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Artıq bu ölkədə 2 442 nəfər yeni virusun qurbanı olub. Çində koronavirusa yoluxanların sayı 76 939 nəfərə çatıb, daha 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb/Report. 




Bölməyə aid digər xəbərlər
18-03-2024, 10:41 Niger İrana uran verir?

{sape_links}{sape_article}