"Biz birlikdə bunun öhdəsindən gələcəyik" - Avropa İttifaqının rəsmisi koronavirusa yoluxub
Tarix: 19-03-2020 14:51 | Bölmə: Dünya
"Biz birlikdə bunun öhdəsindən gələcəyik" - Avropa İttifaqının rəsmisi koronavirusa yoluxub

Avropa İttifaqının (Aİ) "Brexit" danışıqları üzrə müşaviri Mişel Barnier koronavirusa yoluxub.

Bu barədə M. Barnier "Twitter"də bildirib.

"Sizə bildirmək istəyirəm ki, mənim COVID-19-la bağlı yoxlanışımın nəticəsi müsbət çıxıb. Özümü yaxşı hiss edirəm və müsbət ruhdayam. Mən vacib olan bütün təlimatları izləyirəm. Bu virusa yoluxanlar və hazırda karantində olanlar, biz birlikdə bunun öhdəsindən gələcəyik", - deyə M. Barnier qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}