İranda daha 1343 nəfərdə koronavirus aşkarlanıb - Ölənlər var
Tarix: 19-04-2020 16:13 | Bölmə: Dünya
İranda daha 1343 nəfərdə koronavirus aşkarlanıb - Ölənlər var

Son sutka ərzində İranda koronavirusa 1 343 yeni yoluxma qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə bildirib.

O, qeyd edib ki, fevralın 19-dan bu günə kimi 82 211 nəfər virusa yoluxub. “Təəssüf ki, son 24 saatda 87 xəstə vəfat edib. Ölənlərin sayı 5 118 nəfərə çatıb“.

Onun sözlərinə ölkədə virusa yoluxmuş 57 023 nəfər sağalıb.




Bölməyə aid digər xəbərlər