Türkiyədə daha 1158 nəfərdə koronavirus çıxdı, ölənlər var
Tarix: 18-05-2020 21:36 | Bölmə: Dünya
Türkiyədə daha 1158 nəfərdə koronavirus çıxdı, ölənlər var

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 31 nəfər ölüb.

Reyting.az
xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 25 141 şübhəli koronavirus testindən keçib, onlardan 1158-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4171 nəfər ölüb, 150 593 nəfər bu infeksiyaya yoluxub, 111 577 nəfəri isə müalicə olunub. Bu gün daha 1615 xəstə evə buraxılıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}