Lukaşenko Belarusda qadının prezident olmasının əleyhinədir
Tarix: 29-05-2020 19:02 | Bölmə: Dünya
Lukaşenko Belarusda qadının prezident olmasının əleyhinədir

Belarus prezidenti Aleksandr Lukaşenko qadının dövlət başçısı postunda olmasının əleyhinə çıxıb.

Reyting.az
bildirir ki, bu haqda Belarus mətbuatı məlumat yayıb.

“Bizim Konstitusiyamız qadın üçün deyil. Cəmiyyətimiz də bir qadına səs vermək üçün yetişmiş deyil. Ona görə ki, bizim Konstitusiyaya görə prezident güclü hakimiyyətə malikdir”, - Lukaşenko vurğulayıb.

O deyib ki, Belarus Dalya Qribauskaytenin prezident olduğu Litva deyil:

“Gəldi, gülümsədi, oturdu və getdi”.

Lukaşenkonun fikrincə, Qribauskayte heç nəyə cavab vermirdi, ona görə ki, Litva parlamentli respublikadır.

“Bizdə belə deyil. Prezident kişi olacaq, mən buna tamamilə əminəm”, - dövlət başçısı söyləyib.

Belarusda prezident seçkiləri avqustun 9-da planlaşdırılıb. Altıncı müddətə iddialı olan Lukaşenko səsvermənin ədalətli keçəcəyini bəyan edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər