Rusiya yeni prezidenti Dnestryanıda nizamlanma səylərini pozmaqda günahlandırıb
Tarix: 27-11-2020 14:43 | Bölmə: Dünya
Rusiya yeni prezidenti Dnestryanıda nizamlanma səylərini pozmaqda günahlandırıb

“Moldovanın yeni Prezidenti Maya Sandunun Dnestryanıdan Rusiya qoşunlarının operativ qrupunu çıxartmaq niyyətində olması sülh yolu ilə nizamlanma səylərini pozmağa istiqamətlənib”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Biz bu bəyanata Dnestryanı probleminin sülh yolu ilə nizamlanması səylərini pozmaq məqsədi kimi baxırıq. Sülhməramlı əməliyyatın mandatı orada iştirak müddətimizi münaqişənin həlli ilə bağlı siyasi razılaşma əldə olunana qədər dəqiq göstərir. Hələ buna çox var”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

M. Zaxarova Dnestryanı bölgədə Rusiya sülhməramlılarının olması sayəsində 25 ildir sabitliyin qorunub saxlanıldığını və qan tökülmədiyini də qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər