ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırılıb
Tarix: 18-01-2021 21:01 | Bölmə: Dünya
ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırılıb

ABŞ Konqresinin binasında (Kapitoli) təhlükəsizlik tədbirləri artırılıb.

 “NBC News” xəbər verir ki, yaxınlıqda baş verən yanğınla əlaqədar olaraq, Kapitoliyə aid bütün binalara giriş-çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb.

Konqresdən verilən açıqlamaya görə, binada olanlara qapı və pəncərələrdən uzaq durmaq məsləhət görülür.

Kapitoli polisinin açıqlamasına görə, idarə əməkdaşlarına hadisə araşdırıldığı müddət ərzində sığınacaqda qalmaq tövsiyə olunur/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}