NATO səfirləri Ukrayna-Rusiya sərhədindəki vəziyyəti müzakirə edib
Tarix: 02-04-2021 14:14 | Bölmə: Dünya
NATO səfirləri Ukrayna-Rusiya sərhədindəki vəziyyəti müzakirə edib

NATO-ya üzv ölkələrin səfirləri Ukrayna-Rusiya sərhədində yaranan gərginliyi müzakirə etmək üçün təcili olaraq toplanıblar.

“Reuters” xəbər verir ki, bunu Alyansın məmuru bildirib.

NATO-nun sözçüsü deyib ki, Rusiya Ukraynanın şərqindəki sülh səylərini alt-üst edir: “Rusiyanın sabitliyi pozan hərəkətləri gərginliyin azalması səylərinə xələl gətirir”.

Vurğulanıb ki, müttəfiqlər Rusiyanın Ukrayna və ətrafındakı son genişmiqyaslı hərbi fəaliyyətlə bağlı narahatlıqlarını bölüşüblər: “Üzv ölkələr də Rusiyanın 2020-ci ilin iyulunda əldə edilən razılıq əsasında tətbiq olunan atəşkəs rejiminin ötən həftə Ukraynanın 4 hərbi qulluqçusunun ölümü ilə pozulması narahatedici məsələlərdəndir”/Report.

Xatırladaq ki, Rusiya Ukrayna ilə sərhədə 58 taktiki batalyon cəlb edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər