“Taliban” rus biznesmenləri Əfqanıstana çağırır
Tarix: 25-11-2021 15:38 | Bölmə: Dünya
“Taliban” rus biznesmenləri Əfqanıstana çağırır

Rusiya ərazisində qadağan olunmuş “Taliban” radikal hərəkatı rusiyalı biznesmenlərin Əfqanıstanda fəallığından məmnun olacağını açıqlayıb.

Reyting.az
“TASS”-a istinadla xəbər verir ki, bu barədə taliblərin rəsmisi, BMT yanında bu ölkənin daimi nümayəndəsi postuna təyin olunmuş Muxammed Soxail Şaxin açıqlama yayıb.

“Biz istəyirik ki, rusiyalı biznesmenlər, sərmayədarlar və sahibkarlar Əfqanıstana gəlsinlər. Onların təşəbbüslərini dəstəkləyəcək və zəruri şəraiti yaradacağıq. Biz hazırda sərmayədarlar üçün əlverişli zəmin yaradan ölkənin qanunlarına ruayət edirik”, - Şaxin deyib.

Yeri gəlmişkən, qeyd edək ki, radikalların gördüyü bütün tədbirlərə baxmayaraq, hazırda Əfqanıstandakı iqtisadi vəziyyət olduqca gərgindir. Bu isə hakimiyyəti ələ almış taliblərin dövlətin 9,4 milyard dollarlıq valyuta ehtiyatlarının cəmi 0,1 faizinə yiyələnə bilməsi ilə bağlıdır. Bu ölkənin valyuta hesablarının böyük hissəsi ABŞ tərəfindən dondurulub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər