“Taliban” BMT-yə can atır
Tarix: 17-12-2021 11:56 | Bölmə: Dünya
“Taliban” BMT-yə can atır

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı özünün BMT yanında müvəqqəti işlər vəkilini təyin edib.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, BMT Kabuldakı mövcud hakimiyyətin fəaliyyəti ilə bağlı bəzi suallara aydınlıq gətirilmədiyindən, bu ölkəni öz sıralarına qəbul etməyə tələsmir. Bu məsələ barədə BMT Baş komissarının müavini insan haqları üzrə Şuradakı çıxışında aşağıdakıları söyləyib: “Düzdür, Əfqanıstanda hakimiyyətin “Taliban” tərəfindən ələ keçirilməsi bu ölkədə müxalifətin hökumət qüvvələri ilə qanlı döyüşlərinə son qoydu, fəqət hazırda yaranmış vəziyyətdə əhalinin özəl hüquqları az qorunur. Yenə də insanlar həlak olur, yaralanır, məhkəməsiz və istintaqsız həbsxanalara salınır və məhrumiyyətlərə dözür”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}