Gürcüstanın keçmiş Baş Qərargah rəisi Almaniyada saxlanılıb
Tarix: 19-12-2021 23:40 | Bölmə: Dünya
Gürcüstanın keçmiş Baş Qərargah rəisi Almaniyada saxlanılıb

Gürcüstan Ordusunun Baş Qərargahının keçmiş rəisi general Georgi Kalandadze Almaniyada saxlanılıb.

“Mtavari Arxi” televiziya kanalı xəbər verir ki, general Gürcüstan hakimiyyətinin tələbi əsasında Berlində tutulub.

G. Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Gürcüstanın Baş Qərargahına rəhbərlik edib, onu bu vəzifəyə ölkənin keçmiş prezidenti Mixail Saakaşvili təyin edib.

Onun saxlanmanın səbəbi hələlik məlum deyil. Lakin G. Kalandadzeyə qarşı 2012-ci ildə Gürcüstanda vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Kalandadze özü də son illər Ukraynada işləyir. O, kiçik bir qrup gürcü əsgəri ilə birlikdə 2014-cü ilin yayında Ukraynaya gəlib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər