Baş nazir karantində ziyafət təşkil etməkdə ittiham olunur
Tarix: 20-12-2021 11:09 | Bölmə: Dünya
Baş nazir karantində ziyafət təşkil etməkdə ittiham olunur

İngiltərənin baş naziri Boris Consonun həyat yoladaşı və on yeddi qonaqla birgə ötən il “Dauninq-strit”dəki bağda əllərində şərab və pitsa tutmuş vəziyyətdə fotoları yayılıb.

“Guardian” nəşrinin saytında yayımlanan xəbərdə qeyd olunur ki, epidemiya ilə bağlı ölkədə ciddi məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu vaxt hökumət bağındakı şənlikdə keçmiş baş nazir Devid Kemeron da görüntülənib.

Bu informasiyanı təkzib edən baş nazir Consonun aparatının açıqlamasında deyilir ki, əslində 2020-ci il mayın 15-də hökumət iqaməgahının qarşısında spirtli içki və pitsa qəbulu ilə müşayiət olunan qeyri-formal heç bir tədbir keçirilməyib. Baş nazirin nümayəndəsinin sözlərinə görə, o dövrdə “Dauninq-strit”in əməkdaşları “gündüz və gecə bağda işləyirdilər”. İntəhası, fotoşəkillər bunun əksini göstərir. Yəni, masanın üstündə şərab şüşələri görünür, ziyafət iştirakçıları sosial məsafəni gözləmir, 19 nəfər, qaydalara zidd alaraq, hökumət binasının qarşısındakı çəmənlikdə qrup halında yanaşı dayanıblar. Məlumatda pandemiya qaydalarını pozduğuna görə, Boris Consonun hansı cəzaya məruz qalacağı barədə heç nə deyilmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər