Fərari əsgər güllələnsin, yoxsa 10 il iş verilsin? - Foto
Tarix: 20-12-2021 12:52 | Bölmə: Dünya
Fərari əsgər güllələnsin, yoxsa 10 il iş verilsin?

Polşadan Belarusun ərazisinə keçən sıravi Emil Çeçkonu güllələmək təklif olunur.

Reyting.az
Utro.ru-ya istinadla xəbər verir ki, fərari əsgərin belə ağır cəzalandırılmasını Polşa SQ quru qoşunlarının keçmiş komandanı general Valdemar Skşipkar təklif edib. Polyak generalı qonşu ölkəni “düşmən”, oradan sığınacaq istəyən hərbçini isə “fərari” adlandırıb: “Müharibə şəraitində sıravi əsgər düşmən tərəfinə keçir və bu cinayətə görə onu 10 il həbsxana cəzası gözləyir. Bu nə deməkdir, başa düşə bilmirəm”. Keçmiş komandan sözlərinə onu da əlavə edib ki, fərarinin yalnız bir cəzası olmalıdır – ölüm hökmü!


Emil Çeçko

Xatırladaq ki, bu günlərdə baş vermiş hadisənin “qəhrəmanı” sıravi Çeçko jurnalistlərə danışıb ki, Polşa hakimiyyətinin mühacirlərə qarşı yürütdüyü qədar siyasətə dözməyərək, bu addımı atıb. O, Belarus-Polşa sərhədində törədilən vəhşiliklər barədə təfsilatı ilə məlumat verib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər