Baş nazir: “Gürcüstan bölgədə sülhə töhfə verməyə hər zaman hazırdır”
Tarix: 20-12-2021 15:13 | Bölmə: Dünya
Baş nazir: “Gürcüstan bölgədə sülhə töhfə verməyə hər zaman hazırdır”

“Biz bölgədə sülh və sabitliyin olmasında maraqlıyıq. Gürcüstan bu prosesdə ən vacib rollardan birini oynamağa həmişə hazırdır”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə işgüzar səfərdə olan erməni həmkarı Nikol Paşinyanla görüşdə deyib.

“Dinc Qonşuluq” təşəbbüsünü xatırladan hökumət başçısı qeyd edib ki, Gürcüstan bölgədə sülh və sabitliyə töhfə verməyə hər zaman hazırdır.

İ.Qaribaşvili Gürcüstan və Ermənistan arasında münasibətləri ideal adlandırıb: “Bizim aramızda heç bir anlaşılmazlıq yoxdur və bizim həqiqətən də ideal münasibətlərimiz var”/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər