Moldovanın eks-prezidenti prokurorluğa çağırılıb
Tarix: 21-12-2021 14:38 | Bölmə: Dünya
Moldovanın eks-prezidenti prokurorluğa çağırılıb

Moldovanın keçmiş prezidenti İqor Dodon ifadə vermək üçün Baş Prokurorluğa çağrılıb.

Bu barədə Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sabiq Prezident dövlət vəsaitlərinin mənimsənilməsində iştirak etməkdə şübhəli bilindiyinə görə dekabrın 27-də ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri deyib ki, İqor Dodon “Energokom”la bağlı cinayət işi üzrə şübhəli bilinir.

İstintaq araşdırmalarına görə, Moldovanı elektrik enerjisi ilə təmin edən “Enerqokom”un rəhbərliyi 2008-ci ilin əvvəlində İqtisadiyyat Nazirliyi və Milli Enerji Tənzimləmə Agentliyi ilə müqavilə bağlayıb.

Prokurorluq hesab edir ki, bu əməkdaşlıq nəticəsində elektrik enerjisinin alış qiymətini əsassız olaraq artırmağa və mənimsəməyə yol açan sxem yaradılıb. Prokurorluq dövlətə dəyən ilkin ziyanı təxminən 12 milyon dollar dəyərində qiymətləndirir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər