Parisdə iki qadını girov götürən şəxs zərərsizləşdirilib
Tarix: 21-12-2021 16:23 | Bölmə: Dünya
Parisdə iki qadını girov götürən şəxs zərərsizləşdirilib

“İctimai asayişin mühafizəsi və təhlükəsizlik qüvvələri dünən Parisin şərqindəki Aliqr küçəsində iki qadını girov götürmüş kişini neytrallaşdırıb”. Reyting.az xəbər verir ki, bu məlumatı Fransanın Daxili işlər naziri Jerald Darmanen özünün “Twitter” səhifəsində yazıb.

Keçirilən əməliyyat zamanı heç kimin zərər çəkmədiyini qeyd edən cənab Darmanen paytaxt polisinin prefekturasına və xüsusi təyinatlılara minnətdarlığını bildirib.

“Europe 1” radiosu xəbər verir ki, cinayəti törədən Tunis mənşəli 56 yaşlı kişidir. O, hadisə yerinə gəlmiş polislərdən Fransanın ədliyyə naziri Erik Düpon-Moretti ilə danışmasına şəraitin yaradılmasını tələb edirmiş. Az sonra nazir onunla təmasa girməyə razılaşsa da, polis əməliyyata üstünlük verib.

Qeyd olunur ki, Fransa polisi baş vermiş hadisəni terrorizmlə deyil, adam oğurluğu ilə bağlı cinayət kimi araşdırır.

Məlumatda həmçinin qadınları girov götürən kişinin psixi pozuntusu olduğu vurğulanır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}