Paşinyan Rusiya Baş nazirinin müavini ilə görüşüb
Tarix: 22-12-2021 11:20 | Bölmə: Dünya
Paşinyan Rusiya Baş nazirinin müavini ilə görüşüb

Baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.

Reyting.az Ermənistan mediasına istinadla xəbər verir ki, tərəflər Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası perspektivlərini, habelə Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin üçtərəfli İşçi Qrupunun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan və Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin də iştirak edib.

Qeyd edək ki, Rusiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 21-22-də hökumətlərarası şuranın iclasında iştirak etmək üçün Ermənistana gedib. A.Overçuk İrəvandan əvvəl Bakıda olub.

Xatırladaq ki, A.Overçuk Ermənistan və Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilən Üçtərəfli İşçi Qrupunun rusiyalı həmsədridir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər