Türkmənistan prezidenti: “Ölkəmizdə bir nəfər də koronavirusa yoluxmayıb!”
Tarix: 22-12-2021 13:42 | Bölmə: Dünya
Türkmənistan prezidenti: “Ölkəmizdə bir nəfər də koronavirusa yoluxmayıb!”

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov koronavirusun yayılma yollarını və onunla mübarizə üsullarını çox yaxşı bildiklərini bəyan edib.

“TDH” dövlət agentliyinin yaydığı məlumata görə, bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov bəyan edib. Dövlət başçısı onun ölkəsində bu günədək koronavirusa yoluxma halının aşkar edilmədiyini və müvafiq dövlət strukturlarına “qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsini” tapşırdığını vurğulayıb: “İndi biz əminliklə deyə bilərik ki, Türkmnistanda həyata keçirdiyimiz geniş miqyaslı işlərin nəticəsində bu günədək koronavirusa yoluxma faktı qeydə alınmayıb. Amma biz arxayınlaşa bilmərik, çünki, indi dünyanın müxtəlif ölkələrində bu təhlükəli xəstəliyin yeni ştammları üzə çıxmaqdadır. “Omikron” bunlardan sonuncusu sayılır. Onun bir ölkədən digərinə yayılma yolları bizə yaxşı məlumdur. Bu, ilk növbədə, insanların səyahəti, yerlərini dəyişməsi və mal və məhsulların dövlət sərhədindən keçməsi zamanı baş verir”.

Q. Berdımuhammedov Dövlət Təhlükəsizlik Şurasının katibi, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini, eləcə də gömrük və miqrasiya xidmətlərinin rəhbərləri ilə keçirdiyi iclasda COVİD-19-la yeni mübarizə üsullarını müzakirə etdiklərini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}