Peskov: “Şimal axını-2” sadəcə kommersiya layihəsidir”
Tarix: 22-12-2021 22:54 | Bölmə: Dünya
Peskov: “Şimal axını-2” sadəcə kommersiya layihəsidir”

Kremldə Avropaya mavi yanacağın ixracını tam dayandırmaq ehtimalını qiymətləndiriblər.

Reyting.az
“RİA Novosti”yə istinadla bildirir ki, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov rəsmi Moskvanın hətta nəzəri cəhətdən qazın Belarus ərazisindən tranzitinin dayandırıla bilməsi barədə düşünmək belə istəmədiyini bəyan edib. Onun sözlərinə görə, Rusiya hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, bütün öhdəliklər mütləq yerinə yetirilməlidir.

Prezidentin sözçüsü sözlərinə onu da əlavə edib ki, Almaniya tərəfindən Rusiyanın “Şimal axını-2” qaz kəmərinin sertifikatlaşdırılması prosesini siyasiləşdirmək olmaz: “Düzdür, bu kəmərin siyasiləşdirilməsi barədə Berlindən savayı, Avropa paytaxtlarının əksəriyyəti danışır. Amma Almaniya rəhbərliyi bu kəməri istisnasız olaraq kommersiya layihəsi adlandırır. Hazırda baş verənlər isə layihənin tənzimləyicisi tərəfindən sertifikatlaşdırma prosesidir”.

“Qazprom”un tənzimləyicinin bütün tələblərini yerinə yetirməyə hazır oduğunu bildirən cənab Peskov Rusiyanın bu öhdəliklər yerinə yetiriləndən sonra qaz kəmərinin işə düşəcəyinə ümid etdiyini vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}