Baydenin koronavirus testi mənfi göstərib
Tarix: 23-12-2021 08:26 | Bölmə: Dünya
Baydenin koronavirus testi mənfi göstərib

Ağ Evdən ABŞ prezidenti Co Baydenin koronavirus analizləri barədə açıqlama veriblər.

“RİA Novosti”nin yaydığı informasiyaya görə, Co Bayden iki dəfə COVİD-19 testini verib. Bu yaxınlarda Amerika liderinin koronavirusa yoluxmuş işçisi ilə təmasda olmasına baxmayaraq, testin nəticəsi mənfi olub.

Bir qədər əvvəl məlum olub ki, prezidentlə yaxın təmasda olan Ağ Evin əməkdaşlarından biri az sonra koronavirusa yolxulub. Bu barədə Bayden administrasiyasıınnln sözçüsü Cen Psaki məlumat verib. Xanım Psaki sözlərinə onu da əlavə edib ki, ABŞ prezidenti dünən və srağagün test verib və hər ikisinin nəticəsi mənfi çıxıb. Buna görə də, Co Bayden karantinə alınmayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}