Rəsmi Tokio karantin rejimini gücləndirir
Tarix: 23-12-2021 09:37 | Bölmə: Dünya
Rəsmi Tokio karantin rejimini gücləndirir

Yaponiya hökuməti bu ölkəyə səfər edən rusiyalılar üçün məcburi qarantin rejimi tətbiq edib.

Rusiyanın Yaponiyadakı səfirliyinin mətbuat xidmətinin “Facebook”da yerləşdirdiyi məlumatda deyilir ki, rəsmi Tokionun bu qərarı koronavirusun “Omikron” ştammının sürətlə yayılması ilə bağlı qəbul edilib. Bu məhdudiyyət dekabrın 25-dən qüvvəyə minir. Həmin gündən etibarən Rusiyadan gündoğan ölkəyə təşrif buyuran səyahətçilər Yaponiya hakimiyyətinin müəyyən etdiyi yerlərdə üçgünlük qarantin rejimində gözləməli olacaqlar. Bundan sonra, koronavirus testinin nəticələri müsbət çıxan rusiyalı gəldiyi ünvanda daha 11 gün özünütəcrid rejimində saxlanılacaq.

Xəbərə onu da əlavə edək ki, İndoneziya hakimiyyəti də koronavirusun “Omikron” ştammının geniş yayılmağa başlaması fonunda sabahdan etibarən ölkənin sərhədlərini bütün xarici turistlərin üzünə bağlamaq qərarına gəlib. Dünyanın ən məşhur “çimərlik ölkəsinə” turist səfərlərinə qadağa, ilkin mərhələdə, yanvarın 2-dək davam edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}