18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Berlin “Şimal axını-2”-yə yaşıl işıq yandırır
Tarix: 23-12-2021 10:19 | Bölmə: Dünya
Berlin “Şimal axını-2”-yə yaşıl işıq yandırır

Almaniyanın Xarci işlər naziri Annalena Berbok bəyan edib ki, kansler Olaf Şolsla bir yerdə Rusiyanın “Şimal axını-2” qaz kəmərinin işə salınması məsələsində “konsensus əldə ediblər”.

Xanım Berbok “Die Zeit” nəşrinə verdiyi müsahibəsində qeyd edib ki, onlar Şolsla dünənə qədər “Şimal axını-2” layihəsinə münasibətdə fərqli mövqelərdən çıxış edirdilər, amma indi yekdil rəyə gəliblər. Almaniyanın xarici siyasət idarəsinin başçısı sadəcə bir məsələdə əmin olduqlarını nəzərə çatdırıb ki, Rusiyanın qaz kəmərinin sertifikatlaşdırılması Avropa qanunvericiliyinə söykənərək həyata keçiriməlidir.

Annalena Berbok həmçinin onu da vurğulayıb ki, bu layihə ilə bağlı son qərar qəbul olunanda əsas rolu Almaniyanın enerji təhlükəsizliyi məsələsi oynayacaq. O, müsahibəsinin sonunda xüsusi olaraq bildirib ki, enerji daşıyıcılarından Avropada süni böhran yaratmaq üçün silah qismində istifadə edilməsini qətiyyən qəbul etmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}