12:08 / 07-05-2025
Sabah yağış yağacaq
Rusiya prezidenti geniş mətbuat konfransı keçirir
Tarix: 23-12-2021 15:07 | Bölmə: Dünya
Rusiya prezidenti geniş mətbuat konfransı keçirir

Rusiya elektron mediasının verdiyi məlumata görə, Rusiya lideri bu saatlarda 500-dən çox rusiyalı və əcnəbi jurnalistin suallarını cavablandırır. Məlumatlarda qeyd olunur ki, bu, artıq Vladimir Putinin düzənlədiyi on yeddinci oxşar mətbuat konfransıdır. 2001-ci ildən hakimiyyətdə olan prezidentin bu tədbirinə yalnız Rusiyanın Baş naziri olduğu müddətdə, yəni, 2008-2012 illərdə fasilə verilib.

Ötən il koronavirus pandemiyası səbəbindən V. Putin jurnalistlərlə Novo Oqaryova iqamətgahından videokörpü vasitəsilə ünsiyyət qurmuşdu. Həmin görüş 4 saat 29 dəqiqə davam etmiş və dövlət başçısı jurnalistlərin 60 sualını cavablandırmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər