12:08 / 07-05-2025
Sabah yağış yağacaq
Ərdoğan: “Biz millətimizə əfəndi olmağa deyil, onun xidmətində durmağa gəldik!”
Tarix: 23-12-2021 17:48 | Bölmə: Dünya
Ərdoğan: “Biz millətimizə əfəndi olmağa deyil, onun xidmətində durmağa gəldik!”

Türkiyə prezidenti, iqtidardakı Ədalət və İnkişaf Partiyasının (ƏİP) Baş katibi Rəcəb Tayyib Ərdoğan bu sözləri Bələdiyyə Başqanlarının Məsləhətləşmə və Dəyərləndirmə Toplantısında çıxışı zamanı deyib.

“Haber Global” telekanalının Ədalət və İnkişaf Partiyasının Ankaradakı Kızılcahamam iqamətgahından canlı yayımladığı toplantıda Türkiyə lideri ölkədə keçiriləcək yerli özünüidarə orqanlarına seçkilər öncəsi partiyadaşlarına müraciət edib. R.T.Ərdoğan hazırda bələdiyyə qurumlarında çalışan ƏİP təmsilçilərinə xitabən belə deyib: “Bələdiyyə başqanına təkəbbür və yekəxanalıq yaraşmaz. Başqan təvazökar olmağa məcburdur. O, tək bu gününü deyil, sabahını, o dünyasını da düşünməlidir. Mənim boyum bir səksən beşdir, məzarım da buna uyğun olacaq. Digərləri də hesablarını buna görə götürsün. Çünki biz millətimizə əfəndilik etməyə yox, onun hizmətində dayanmağa gəlmişik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər