12:08 / 07-05-2025
Sabah yağış yağacaq
24 il həbs cəzası almış keçmiş prezident əfv olunub
Tarix: 24-12-2021 08:15 | Bölmə: Dünya
24 il həbs cəzası almış keçmiş prezident əfv olunub

Cənubi Koreya hakimiyyəti 24 il həbs cəzası almış ölkənin keçmiş prezidenti Pak Kın Heni əfv edib.

Bu barədə Cənubi Koreyanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Pak Kın Henin prezidentlik səlahiyyətləri 2017-ci ildə impiçment prosedurlarından sonra dayandırılıb. O, korrupsiyada ittiham edilib və 2018-ci ilin aprelində həbs cəzasına məhkum olunub.

Prokurorluq onun üçün 30 il həbs və 118,5 milyard von (təxminən 95 milyon dollar) məbləğində cərimə tələb etmişdi. Məhkəmə onu barəsində 24 il həbs və təxminən 95 milyon dollar cərimə qərarı çıxarmışdı.(Trend)




Bölməyə aid digər xəbərlər