Polşalı deputat: “Rusiya bizi şantaj etməyə hazırlaşır”
Tarix: 24-12-2021 10:00 | Bölmə: Dünya
Polşalı deputat: “Rusiya bizi şantaj etməyə hazırlaşır”

Polşa Seyminin deputatı Yanuş Kovalski bəyan edib ki, Moskva “Yamal-Avropa” qaz kəmərinin fəaliyyətini mütəmadi şəkildə dayandırmaqla, Polşanı şantaj etmək istəyir.

“wPolityce” saytının deputata istinadla yaydığı xəbərdə qeyd olunur ki, Kovalski ona ünvanlanan “Yamal-Avropa” kəmərilə qazın nəqlinin dayandırılmasını “Şimal axını-2” layihəsinin sertifikatlaşdırılması prosesini tez başa çatdırmağa yönəlik təzyiq hesab etmək olarmı- sualı cavablandırıb. Xalqın elçisi bildirib ki, Rusiya bu üsullarla “Şərqi-Mərkəzi Avropanı, ilk növbədə də, Polşanı Kremlin təsir dairəsində saxlamaq” kimi uzunmüddətli əməliyyata başlayıb.

Cənab Kovalski çıxışında onu da xatırladıb ki, 2022-ci ilin sonunda “yüzilliyin müqaviləsinin” - Yamal sazişinin müddəti başa çatır: “Güman edirəm ki, rusiyalılar Polşanı energetik şantaja çəkməyə hazırlaşır və bizi, 2009-2010-cu illərdə olduğu kimi, orta, yaxud uzun müddətə müqavilə imzalamağa məcbur etmək istəyir. Sadəcə, indi fərq ondan ibarət olacaq ki, bu dəfə qazı “Şimal axını-2” kəmərindən almalı olacağıq. Yəni, mavi yanacaq Belarusdan keçməklə şərq istiqamətindən deyil, qərbdən gələcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər