Stoltenberq: “NATO heç kimə genişlənməmək vədini verməyib”
Tarix: 24-12-2021 13:34 | Bölmə: Dünya
Stoltenberq: “NATO heç kimə genişlənməmək vədini verməyib”

Prezident Putin dünən keçirdiyi illik mətbuat konfransında bildirib ki, Şimali Atlantika Alyansı Rusiyaya kələk gəlib və Şərqi Avropaya tərəf genişlənməyəcəyi barədə verdiyi vədini pozub.

Bununla bağlı “DPA” telekanalına müsahibə verən NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans heç vaxt genişlənməmək barədə vəd verməyib.

Baş katibin sözlərinə görə, təşkilatın təsis müqaviləsində deyilir ki, Avropanın istənilən dövləti onun üzvü ola bilər. Bu zaman 1970 və 1990-cı illərin sənədlərinə, Helsinski Yekun Aktına, Paris Xartiyasına, Rusiya -NATO Əsas aktına və digər sənədlərə istinad edən Yens Stoltenberq: “Bütün bu sənədlərdən aydın görünür ki, hər bir dövlət müstəqil şəkildə öz taleyini müəyyənləşdirə bilər”,- deyə qeyd edib. Baş katib əlavə edib ki, əslində bu, Rusiyanın da imzaladığı, Avropada təhlükəsizliyin əsas prinsiplərindən biridir.

“Biz bu prinsipi kiminsə bir neçə sitatı ilə dəyişdirə bilmərik. Bundan savayı, müttəfiqlərimiz nə vaxtsa kiməsə belə bir vədin verildiyini təkzib edirlər. SSRİ-nin keçmiş prezidenti Mixail Qurbaçovun özü bəyan etmişdi ki, Almaniyanın birləməsi ərəfəsində NATO-nun genişlənməsi məsələsi müzakirə olunmayıb”,- deyə cənab Stoltenberq fikrini yekunlaşdırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər